Bakı. TurkicWorld:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan 29,2 milyon ABŞ dolları dəyərində 84,3 min ton gübrə ixrac edilib.
TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19 milyon ABŞ dolları və ya 1,6 dəfə, həcm baxımından isə 78,5 min ton və yaxud 1,9 dəfə azdır.
Gübrə ixracı ölkənin bu ilin ilk üç ayının ümumi məhsul ixracında 0,54% paya malik olub.
Eyni zamanda 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 29,4 milyon ABŞ dolları dəyərində 47,5 min ton gübrə idxal edilib.
Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 6,6 milyon ABŞ dolları və ya 28,7% çox, həcm baxımından isə 3,7 min ton və ya 7,2% azdır.
Hesabat dövründə gübrə idxalı ölkənin ümumi idxalının 0,74%-ni təşkil edib.







