Son dəqiqə

Dövlət Gömrük Komitəsi

Azərbaycan 9 ay ərzində 6,45 milyard ABŞ dolları həcmində qaz ixrac edib

Bakı.TurkicWorld:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6,449 milyard dollar dəyərində 17,994 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edib.

TurkicWorld-un Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 250 milyon dollar və ya 3,7 faiz, həcm ifadəsində isə 534 milyon kubmetr və ya 2,9 faiz azdır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycanda 37,521 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 273 milyon kubmetr və ya 0,7 faiz azdır. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 37,794 milyard kubmetr təbii qaz hasil olunub.

2026-cı ilin ilk doqquz ayında əmtəəlik təbii qaz hasilatının həcmi 28,581 milyard kubmetr təşkil edib. Bu da ötən ilin müvafiq dövründəki 29,046 milyard kubmetrlə müqayisədə 465 milyon kubmetr və ya 1,6 faiz azdır.

Hesabat dövründə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri ilə 16 milyard 862,6 milyon kubmetr qaz nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 273 milyon kubmetr və ya 1,6 faiz azdır.

Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 29 milyard 730,8 milyon kubmetr qaz nəql olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz azdır. Qaz nəqlinin ümumi həcminin 56,7 faizi Cənubi Qafqaz Boru Kəmərinin payına düşüb.

Mövzuya görə xəbərlər