Dövlət Gömrük Komitəsi Dövlət Statistika Komitəsi təbii qaz xam neft

Bu ilin səkkiz ayında Azərbaycanda 18 milyon tona yaxın xam neft hasil olunub

BAKI,TurkicWorld

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17,692 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 698,8 min ton və ya 3,8 azdır.

Hesabat dövründə xam neft hasilatının ümumi həcmindən 17,648 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 701,1 min ton və ya 3,8% azdır.

Ümumilikdə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 25,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin son hesbatına əsasən isə, Azərbaycan 2026-cı ilin yanvar-avqust aylarında 9,282 milyard ABŞ dolları dəyərində 14,678 milyon bitumlu süxurlardan ton xam neft və alınan xam neft məhsulları ixrac edib.

Trend-in qurumun məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 886 milyon ABŞ dolları və ya 10,6 faiz artıb, fiziki həmc baxımından isə 1,247 milyon ton və ya 7,8 faiz azalıb.

Hesabat dövründə Azərbaycan bitumlu süxurlardan alınan xam neft və neft məhsullarını ən çox İtaliyaya ixrac edib. Belə ki, cari ilin ilk 8 ayında Azərbaycandan İtaliyaya 8,471 milyon ton xam neft və neft məhsulları ixrac olunub. İxracın dəyəri 5,226 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 424 milyon ABŞ dolları və ya 8,8 faiz çox, miqdar ifadəsində isə 727 min ton və ya 7,9 faiz azdır.

Cari ilin yanvar-avqust aylarında Azərbaycanın xam neft ixrac etdiyi ölkələrin siyahısını təqdim edirik:

Ölkə

İdxal həcmi (ton)

İdxal dəyəri (min ABŞ dolları)

İtaliya

8 470 707,19

5 226 065,04

Çexiya

1 060 041,10

712 772,98

Rumıniya

924 913,09

581 706,77

Hindistan

524 337,96

399 206,99

Tunis

429 376,15

266 294,27

Almaniya

449 549,89

262 272,61

Bolqarıstan

358 842,99

253 113,50

Portuqaliya

395 031,62

221 958,01

İsveçrə

272 501,37

193 596,32

Yunanıstan

284 374,74

182 764,51

Digər

1 508 275,51

982 142,55

Mövzuya görə xəbərlər