Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Cevdet Yılmaz helikopter qəzası

Türkiyədə yeni bir helikopter qəzası baş verib - Səbəbi nədir?

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyədə hərbi helikopterin qəzaya uğraması ilə bağlı rəsmi qurumlar araşdırmalara başlayıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Quru Aviasiya Komandanlığına məxsus CH-47 ağır nəqliyyat helikopteri təlim uçuşu zamanı Ankara şəhərinin Temelli bölgəsində qəzaya uğrayıb.

Nazirliyin məlumatına görə, hadisə nəticəsində helikopterdə olan şəxsi heyətin sağlamlığında hər hansı mənfi hal qeydə alınmayıb. Qəzanın səbəblərinin isə aparılacaq detallı texniki araşdırmalardan sonra müəyyən ediləcəyi bildirilib.

Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz məsələ ilə bağlı açıqlamasında Silahlı Qüvvələrə və hadisədən sağ çıxan heyətə “keçmiş olsun” diləyərək, qəzanın səbəblərinin bütün aspektlər üzrə diqqətlə araşdırılacağını qeyd edib.

Eyni zamanda, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran da açıqlama verərək bildirib ki, hadisə ilə bağlı yayıla biləcək təsdiqlənməmiş və dezinformasiya xarakterli məlumatlara etibar edilməməlidir.

Rəsmi açıqlamalara əsasən, hazırda hadisənin səbəblərinin müəyyən olunması üçün texniki ekspertiza prosesi davam etdirilir.

Mövzuya görə xəbərlər