Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan

Uşaqların silah ələ keçirməsinə görə cəzalar ağırlaşdırılacaq - Ərdoğan

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məktəblərdə baş verən zorakılıq hallarına qarşı dövlətin qətiyyətli mövqeyini ifadə edərək bildirib ki, hökumət bu cür hadisələrin təkrarlanmaması üçün əlavə təhlükəsizlik tədbirlərini dərhal dövriyyəyə alır.

TurkicWorld xəbər verir ki, o, silah sahibi olma hüququnun məhdudlaşdırılması istiqamətində hüquqi islahatların aparılacağını və bu sahədə boşluqlara yol verilməyəcəyini vurğulayıb.

Prezident qeyd edib ki, atılacaq əsas addımlardan biri də məktəb və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın artırılması, təhsil ocaqlarında yeni mühafizə modellərinin inkişaf etdirilməsidir. "Xüsusilə odlu silahların uşaqlar tərəfindən ələ keçirilməsi hallarında tətbiq edilən cəzaları ciddi şəkildə artıracağıq. Bu sahədə daha təsirli və çəkindirici tədbirlər həyata keçiriləcək" — deyə dövlət başçısı əlavə edib.

Bundan əlavə, rəqəmsal dünyanın uşaqlar üzərindəki mənfi təsirlərinə toxunan Ərdoğan, 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulmasının əhəmiyyətini qeyd edib. O, ailə qurumunun qorunması, kiber-patrul xidmətlərinin gücləndirilməsi və mediyada zorakılıq məzmunlu kadrların azaldılması istiqamətində bütün müvafiq nazirliklərə tapşırıqlar verildiyini bildirib. "Bizim bu ölkənin uşaqlarına bir sözümüz var: onlara təhlükəsiz bir ölkədə yaşamağı təmin edəcəyik" deyən Ərdoğan, vətəndaşları təmkinli olmağa çağırıb.

Mövzuya görə xəbərlər