BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, ölkənin ordusu ərazi pozuntularına qarşı “davamlı hazır vəziyyətdədir” və İran ətrafında yerləşən xarici qüvvələr həmin ərazidən çıxmalıdır.
TurkicWorld xəbər verir ki, Əraqçi açıqlamasında deyib: “Ərazimizə yaxın olan xarici qüvvələr insan səhvləri, təsadüfi hadisələr və ya mümkün atəş mübadiləsi səbəbi ilə davamlı risk altındadır.”
O əlavə edib: “Riskləri azaltmaq üçün ən yaxşı həll yolu xarici qüvvələrin mümkün qədər tez bir zamanda çıxmasıdır, çünki bu ərazi düşmən mövcudluğu üçün heç vaxt münasib olmayacaq.”
Əraqçi həmçinin vurğulayıb ki, İran “diplomatiya dilini üstün tutur”, amma “başqa dillərlə də danışa bilər”.







