Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Venesuela Delsi Rodriqes

Venesuelanın vitse-prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir

BAKI,TurkicWorld Orxan Qədirzadə

Venesuelanın müvəqqəti prezident vəzifəsini icra edən vitse-prezidenti Delsi Rodriges bu gün Türkiyə Prezidenti Recep Tayyip Erdoğanin dəvəti ilə Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial şəbəkədə məlumat verib.

Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Venesuela arasında çoxşaxəli əməkdaşlıq münasibətləri müzakirə olunacaq, həmçinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçiriləcək.

Tərəflərin siyasi, iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını qiymətləndirəcəyi gözlənilir.

Məlumata görə, görüşlər zamanı regional və beynəlxalq gündəmdə yer alan aktual məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Səfərin Türkiyə-Venesuela münasibətlərinin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına töhfə verəcəyi bildirilir.

Mövzuya görə xəbərlər