Son dəqiqə

Gürcüstan

Gürcüstan prezidenti "xarici agentlər" haqqında qanuna veto qoyacaq

Bakı. TurkicWorld:

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentinin əvvəllər qəbul etdiyi "xarici agentlər" haqqında qanuna veto qoyacağını bildirib.

TurkicWorld-un məlumatına görə, bu barədə S.Zurabişvili "CNN" televiziya kanalına bildirib.

Qeyd edək ki, Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Qanunla gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutulur.

Mövzuya görə xəbərlər