Bakı. TurkicWorld:
Türkiyə xarici işlər naziri Hakan Fidan Ukrayna parlamentinin sədri Ruslan Stefançuk və Ukraynanın müdafiə naziri Rustem Umerov ilə görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi sosial media hesabından paylaşım edib.
Görüş zamanı qarşılıqlı əlaqələr, regionda baş verən hadisələr müzakirə edilib.
Hafiz Rufizoğlu