Son dəqiqə

Fələstin BMT İsrail İtaliya Qəzza zolağı HƏMAS

İtaliyada tələbələr Fələstinə dəstək yürüşü edib

Bakı. TurkicWorld:

İtaliyanın paytaxtı Romadakı Sapienza Universitetinin tələbələri Fələstinə dəstək və həmrəylik nümayiş etdirmək üçün yürüş ediblər.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, tələbələr universitet rəhbərliyindən İsraillə əməkdaşlığı kəsməyi tələb edib.

Tələbələr universitetinin şəhərciyində rektorluq binası yaxınlığında 30-a yaxın çadır qurub.

Yürüş zamanı Fələstinə dəstək, İsrailin müharibəni bitirməsi yönündə şüarlar səsləndirilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər