Son dəqiqə

Türkiyə Fələstin İsrail Hakan Fidan

Hakan Fidan Qəzza danışıqları üçün İspaniyaya rəsmi səfər edir

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzza danışıqları üçün İspaniyaya rəsmi səfər edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN açıqlama verib.

Açıqlamada İspaniyanın Fələstin Dövlətini tanımağa qərar verdikdən sonra diplomatik nümayəndə heyətinə dəvət göndərdiyi bildirilib.

Bu çərçivədə xarici işlər naziri Hakan Fidanın İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza Əlaqə Qrupu üzvləri ilə birlikdə sabah Madridə səfər etdiyi bildirilib.

Hakan Fidanın Madriddəki təmasları zamanı Qəzzada atəşkəsin təmin edilməsi və Fələstin Dövlətinin iki dövlətli həll əsasında daha çox ölkə tərəfindən tanınması istiqamətində səylərin müzakirə ediləcəyi gözlənilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər