Bakı. TurkicWorld:
İsrailin Rəfahdakı fələstinlilərin düşərgəsinə hücumu qəbuledilməzdir.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş deyib.
O, İsrailin Rəfahdakı məcburi köçkün fələstinlilərin düşərgəsinə hücumunu şiddətlə pisləyib və Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) qərarlarının məcburi olduğunu vurğulayıb.
Quterreş 36 mindən çox fələstinli və 1500 israillinin ölümünə yas tutduğunu bildirib və dərhal atəşkəs və məhbusların qeyd-şərtsiz azad edilməsi tələbini təkrarlayıb.
Quterreş bəyan edib ki, İsrail hakimiyyəti maneəsiz və təhlükəsiz humanitar girişi təmin etməlidir.
Xatırladaq ki, ICJ mayın 24-də qəbul etdiyi ehtiyat qərarlarında İsrailin Rəfaha hücumlarını dərhal dayandırmalı, humanitar yardımların qarşısını almamalı və cinayətlərini araşdırmaq üçün BMT rəsmilərinin Qəzzaya girməsinə icazə verməli olduğuna qərar verib.
İsrail mayın 26-da Beynəlxalq Məhkəmənin hücumları dayandırmağa qərar verdiyi Qəzza zolağının Rəfah şəhərində köçkün fələstinlilərin çadırlarına hücum edib və hücumda ən az 40 fələstinlinin həyatını itirdiyi açıqlanıb.
Hafiz Rufizoğlu