Bakı, TurkicWorld:
Kanada Qəzzadakı fələstinlilər üçün vizaları 5 dəfə artırdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Naziri Mark Miller məlumat verib.
Məlumata əsasən, Ottavanın dekabr ayında açıqladığı xüsusi proqram çərçivəsində Qəzza sakinlərinə təklif edilən vizaların sayı 5 minə yüksəldiləcək.
Miller, hökumətin Qəzzanı tərk etməyə çalışan fələstinlilərə yardım etmək üçün çalışdığını bildirib.