Bakı, TurkicWorld
2024-cü ildə İspaniyanın Kanar adalarına 46843 nəfər qanunsuz miqrant gəlib. Bu da 2023-cü illə müqayisədə 17 faiz çoxdur.
TurkicWorld-in məlumatına görə, statistikanı İspaniya Daxili İşlər Nazirliyi yayıb. Ümumilikdə İspaniyaya dəniz yə quru yolu ilə 2024-cü ildə 63 970 qanunsuz miqrant gəlib. Bu nəticə 2018-ci ildəki rekorda yaxındır. Həmin il ölkəyə 64 298 qeyri-qanuni miqrant gəlmişdi. İspaniyaya, oradan da digər Avropa ölkələrinə keçmək istəyən miqrantların əsas axın etdiyi yer Kanar adalarıdır.
İspaniyaya dəniz yolu ilə gəlmək çox risklidir. "Caminando Fronteras" adlı QHT-nin statistikasına görə ötən il dəniz yolu ilə İspaniyaya keçməyə çalışan 10 400 nəfər həlak olub. Bu da illik əsasda 60 faiz artım deməkdir. Bir neçə ildir statistika aparan QHT bildirib ki, 2024-cü il dənizdə miqrant ölümləri baxımından ən ağır dövr olub.