Son dəqiqə

İspaniya Azərbaycan XİN

İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var?

Bakı, TurkicWorld

İspaniyanın Valenisya şəhərində baş verən danşqınlarda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə TurkicWorld-un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O həmçinin qeyd edib ki, Azərbaycanın İspaniyadakı səfirliyinə təxliyə ilə bağlı ölkəmizin vətəndaşlarından müraciət daxil olmayıb.

Qeyd edək ki, İspaniyanın Valensiya şəhərində baş verən daşqınlar nəticəsində azı 70 nəfər həyatını itirib.

Mövzuya görə xəbərlər