Son dəqiqə

Azərbaycan İran Almaniya İspaniya

Alman və ispan diplomatik nümayəndələri İrandan Azərbaycana təxliyə olunub

Bakı. TurkicWorld:

Axşam saatlarında “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam etdirilib.

TurkicWorld-in məlumatına görə, Almaniyadan olan 13 nəfər və İspaniyadan olan 6 diplomatik nümayəndə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunub. Onların sərhəddən təhlükəsiz keçidi təmin edilib.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Mövzuya görə xəbərlər