BAKI,TurkicWorld,Yusif Şərifzadə
Küveyt İranın Səudiyyə Ərəbistanına məxsus tankerə hücumunu kəskin şəkildə pisləyib. Küveyt Xarici İşlər Nazirliyi hücumu “iyrənc” adlandıraraq bunun beynəlxalq hüququn pozulması, dəniz nəqliyyatının təhlükəsizliyinə və dünya enerji təchizatına birbaşa təhdid olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İranın Səudiyyə Ərəbistanına məxsus tankerə hücumu qətiyyətlə rədd edilib. Nazirlik baş verənlərin beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu vurğulayıb.
Küveyt tərəfi hücumun dəniz yollarının təhlükəsizliyinə və gəmilərin sərbəst hərəkətinə birbaşa təhlükə yaratdığını bildirib. Bəyanatda hadisənin dünya enerji təchizatının təhlükəsizliyinə də mənfi təsir göstərə biləcəyi qeyd olunub.
Küveyt Xarici İşlər Nazirliyi bölgədə gərginliyi artıran bütün addımların dərhal dayandırılmasının vacibliyini vurğulayıb.
Küveytin açıqlaması İranın Səudiyyə Ərəbistanına məxsus tankerə hücumundan sonra Körfəz ölkələrinin Tehrana qarşı reaksiyalarının artdığı bir vaxtda verilib.







