Son dəqiqə

İran ABŞ HƏMAS İran parlamenti İran-ABŞ münasibətləri Məhəmməd Bağır Qalibaf İran-ABŞ danışıqları Qarşılıqlı Anlaşma Memorandumu

ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın baş müzakirəçisi və parlament sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ni bölgədə təhlükəsizliyin pozulmasının əsas mənbələrindən biri olmaqda ittiham edib. O, bu fikirləri HƏMAS-ın rabitə məsələləri üzrə rəhbəri ilə keçirdiyi görüş zamanı səsləndirib.

TurkicWorld xəbər verir ki, İranın “Fars” xəbər agentliyinin məlumatına görə, Məhəmməd Bağır Qalibaf görüş zamanı ABŞ-nin bölgədəki siyasətini tənqid edərək Vaşinqtonu üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.

Qalibaf ABŞ-nin iyun ayında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumunda nəzərdə tutulan şərtləri yerinə yetirməli olduğunu bildirib. O, Vaşinqtonun razılaşma çərçivəsində götürdüyü öhdəliklərə hörmətlə yanaşmasının vacibliyini vurğulayıb.

İran rəsmisi, eyni zamanda, Tehranın danışıqlardan imtina etmədiyini bildirib. Onun sözlərinə görə, İran mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqların aparılması imkanını rədd etmir.

Qalibafın açıqlaması ABŞ ilə İran arasında hərbi və siyasi gərginliyin yenidən artdığı bir vaxtda səsləndirilib.

Mövzuya görə xəbərlər