Bakı, TurkicWorld
ABŞ prezidenti Co Bayden İranın nüvə obyektlərinə zərbələr endirmək üçün köməkçilərinin ona təqdim etdiyi planı müzakirə edib.
TurkicWorld-in məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən bildirib.
"Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bir neçə həftə əvvəl (...) prezident Baydenə iranlılar yanvarın 20-dən əvvəl nüvə silahı hazırlamağa davam edərsə, ABŞ-nin İranın nüvə obyektlərinə potensial hücumu variantlarını təqdim etdi", - məlumatda qeyd olunub.
Prezident və komandasının müxtəlif variantları və ssenariləri müzakirə etdiyi, lakin Baydenin görüş zamanı mümkün zərbə ilə bağlı qərar vermədiyi qeyd edilib.