Bakı, TurkicWorld
ABŞ prezidenti Co Bayden, Livanda ordunun komandiri Cozef Aunun ölkə prezidenti seçilməsini alqışlayaraq, onun hazırkı böhran dövründə Livan üçün doğru lider olduğunu vurğulayıb.
TurkicWorld xəbər verir ki, Bayden mətbuata açıqlamasında qeyd edib ki, Aunun rəhbərliyi altında Livan regionda sülh və sabitlik üçün əhəmiyyətli addımlar ata bilər.
Ağ Evdən verilən açıqlamada bildirilib ki, Bayden Cozef Aunla olan telefon danışığında nəticəni müsbət və konstruktiv qiymətləndirib və ABŞ-ın Livanın təhlükəsizlik qüvvələrinə dəstəyini davam etdirəcəyini bəyan edib.
ABŞ-ın Dövlət katibi Antoni Blinken də Aunun prezident seçilməsini müsbət qiymətləndirərək , Livanın maliyyə və institusional böhranının həlli üçün də beynəlxalq dəstəyin davam edəcəyini vurğulayıb.