Son dəqiqə

ABŞ Cozef Bayden Donald Tramp

Trump Baydenin övladlarının Gizli Xidmət Mühafizəsini ləğv edib

BAKI, TurkicWorld

Trump, Baydenin övladları Hunter və Ashley üçün Gizli Xidmət mühafizəsini ləğv edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trump, keçmiş prezident Joe Biden-in övladları Hunter və Ashley Biden-in Məxfi Xidmət tərəfindən qorunmasına son verib.

"Hunter Biden uzun müddətdir ki, ABŞ vergi ödəyicilərinin hesabına Gizli Xidmət mühafizəsindən yararlanırdı. Bu andan etibarən o, daha bu mühafizəyə sahib olmayacaq", - deyə Trump TruthSocial-da yazıb. O, əlavə edib ki, eyni qayda ilə 13 Gizli Xidmət əməkdaşı tərəfindən qorunan Ashley Biden də siyahıdan çıxarılacaq.

Qeyd edək ki,, keçmiş prezidentlər və onların həyat yoldaşları federal qanunlara əsasən ömürlük Gizli Xidmət mühafizəsi alırlar. Lakin 16 yaşdan yuxarı ailə üzvlərinin mühafizəsi prezidentin vəzifədən getməsi ilə sona çatır. Bununla belə, həm Trump, həm də Biden prezidentlik müddəti bitdikdən sonra övladlarına əlavə altı ay mühafizə xidməti göstərilməsini təmin etmişdilər.

Mövzuya görə xəbərlər