Son dəqiqə

Qana

Qanada 30 000 nəfərin işlədiyi bazar yanaraq külə döndü

Bakı, TurkicWorld

Qananın paytaxtı Akranın əsas geyim bazarı yanğın nəticəsində külə dönüb.

TurkicWorld-in məlumatına görə, 30 mindən çox adamın işlədiyi bazarda baş verən yanğın nəticəsində hər şey məhv olub. Yanğın burada işləyənlərlə yanaşı, ölkə iqtisadiyyatına da ciddi zərbə vurub. Paytaxtda ən çox vergi ödəyən bazar sıradan çıxıb.

Rəsmi mənbələr hadisənin səbəbi barədə rəsmi versiya irəli sürməyiblər. Lakin, yanğının qəsdən törədilməsi ehtimalı da istisna edilmir.