Son dəqiqə

İsrail ABŞ Türkiyə xarici işlər nazirliyi Hakan Fidan Qəzza

ABŞ-ın dəstəyi olmadan Qəzzada soyqırım davam edə bilməz - Hakan Fidan

Bakı. TurkicWorld:

ABŞ-ın İsrailə dəstəyi olmadan Qəzzada soyqırımın davam etməsi mümkün deyil.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Kamboca baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Sok Chenda Sophea ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

"İnanırıq ki, bu soyqırımı cəzasız qalmayacaq və beynəlxalq hüquq tərəfindən lazımi münasibəti görəcək. Bu məsələ ilə bağlı işimizi davam etdirəcəyik. İsrailin təhlükəsizliyini müdafiə naminə başqa bir xalqın soyqırımını davam etdirmək məqbul bir bəhanə deyil. Qəzzada törədilən qətliamları dayandırmaq üçün bütün gücümüzlə çalışmağa davam edəcəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücum edərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, İsrail mayın 26-da Rafahda məcburi köçkün fələstinlilərin çadırlarını bombalayıb və 23-ü qadın, uşaq və qoca olmaqla ən azı 45 fələstinlinin həyatını itirib, 249 fələstinlinin isə yaralanıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər