Son dəqiqə

Türkiyə TEKNOFEST

TEKNOFEST 2-6 oktyabr tarixlərində Adanada keçiriləcək

Bakı. TurkicWorld:

TEKNOFEST 2-6 oktyabr tarixlərində Adanada keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar deyib.

Qurumun verdiyi açıqlamaya görə, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST 7-ci ilində 2-6 oktyabr 2024-cü il tarixlərində Adanada keçiriləcək.

"TEKNOFEST mövsümü özünü hiss etdirməyə başladı! 2-6 Oktyabr tarixləri arasında ailə olaraq Adanadayıq! planlarımız TEKNOFEST-ə uyğundur." – deyə Bayraktar öz sosial media hesabında qeyd edib

Məlumat üçün qeyd edək ki, Adananın Şakirpaşa Hava Limanında keçiriləcək TEKNOFEST-də hava şouları, elmi şoular, TEKNOFEST kəşf oyunu, simulyasiya təcrübə sahələri, təhsil seminarları, maraqlı tərəf və sponsor markaların tədbir stendləri, eləcə də sərgilər, şoular və konsertlər olacaq.

Açıqlamada festivalda texnologiyanın inkişafı ilə paralel olaraq hər il əvvəlki ilə nisbətən daha çox müsabiqə kateqoriyalarının açıldığı vurğulanıb.

Müsabiqə iştirakçılarına 30 milyon lirə mükafat və 55 milyon lirədən çox maddi dəstək veriləcəyi vurğulanıb.

Qeyd edilib ki, TEKNOFEST 2024 çərçivəsində 46 əsas kateqoriya və 117 alt kateqoriya üzrə texnologiya yarışlarının təşkil edildiyi və bu yarışlarda 788 min 161 komandanın və 1 milyon 600 mindən çox rəqibin mübarizə aparacağı bildirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər