Son dəqiqə

Fələstin Danimarka

Danimarka Fələstini tanıyan qanun layihəsini rədd edib

Bakı. TurkicWorld:

Danimarka Fələstini dövlət kimi tanıyan qanun layihəsini heç bir zəruri ilkin şərt olmadığını əsas gətirərək rədd edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, İspaniya, Norveç və İrlandiya Fələstini rəsmən tanıdıqdan sonra Danimarka Parlamenti əks qərar verib.

Parlament fevral ayında təqdim edilən və Fələstinin dövlət olaraq tanınmasını nəzərdə tutan qanun layihəsini lazımi ilkin şərtlərin yerinə yetirilmədiyi səbəbi ilə rədd etdiyini açıqlayıb.

“Danimarka siyasətçilərinin böyük əksəriyyəti 2 dövlətli həll olmadan Yaxın Şərqdə daimi sülhün əldə edilə bilməyəcəyi ilə razılaşır.” – deyə Danimarka parlamentinin üzvü Saşa Faxe bildirib..

Məlumat üçün qeyd edək ki, əvvəlki açıqlamasında hökumətin Fələstini tanımayacağını bildirən xarici işlər naziri Lars Lökke Rasmussen bugünkü səsverməyə qatılmayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər