Son dəqiqə

Türkiyə PKK Suriya İraq

Terrorçulara qarşı qətiyyətli əməliyyatlar keçiriləcək

Bakı. TurkicWorld:

Terrorçulara qarşı qətiyyətli əməliyyatlar keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasında (MGK) deyilib.

Bəyanatda qeyd edilib ki, başda PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları olmaqla, milli birliyə yönəlmiş hər cür təhdid və təhlükəyə qarşı daxildə və xaricdə qətiyyətli əməliyyatlar keçiriləcək.

Bildirilib ki, İraqla Türkiyə arasında koordinasiya və əməkdaşlıq daha da inkişaf etdiriləcək.

“İraq və Suriyada ələ keçirdiyi torpaqları terror yuvasına çevirən PKK/KCK-PYD/YPG və ona verilən dəstək bölgəmizdə bütün ünsürləri ilə birlikdə aradan qaldırılacaq. Milli təhlükəsizliyimizə və qonşularımızın ərazi bütövlüyünə qarşı heç bir uğursuzluğa imkan verilməyəcək”- deyə iclasda vurğulanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər