Son dəqiqə

Türkiyə

Ankarada terror hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib

Bakı, TurkicWorld

Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu təşkil edən üç nəfərdən ikisi zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyi yaralıların Yenimahalle Təhsil və Araşdırma Xəstəxanasına, Bilkənd və Etlik şəhər xəstəxanalarına yerləşdirildiyini açıqlayıb.

XXXX

Türkiyənin paytaxtı Ankarada Türk Aerokosmik Sənayesində terror aktı törədilib.

TurkicWorld xəbər verir ki, bölgədə patlama səsləri eşidilib.

Partlayış sonrası bölgədə silah səsləri eşidilib.

Hücumdan sonra ölən və yaralıların olduğu bildirilib. İlkin ehtimala görə partlayış terrorçu kamikadze tərəfindən törədilib.

Bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Mövzuya görə xəbərlər