Son dəqiqə

BRİCS

Özbəkistan Prezidenti BRİCS sammitində iştirak etmək üçün Kazana gedib

Daşkənd. TurkicWorld:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BRİCS sammiti çərçivəsində keçiriləcək rəsmi tədbirlərdə iştirak etmək üçün Tatarıstana işgüzar səfərə gedib.

TurkicWorld xəbər verir ki, bu barədə bu barədə Özbəkistan Prezidentinin ofisi məlumat yayıb.

Dövlət başçısını hava limanında Tatarıstanın Rəisi Rüstəm Minnixanov, Kazan şəhərinin meri İlsur Metşin və digər rəsmi şəxslər qarşılayıblar.

Özbəkistan Prezidenti, həmçinin, bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, oktyabrın 22-də Kazanda XVI BRİCS sammiti başlayıb. Sammit iki hissədən ibarətdir. Birincisi, 2024-cü ildə Rusiyanın BRICS-ə sədrliyinin devizi olan "Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin möhkəmləndirilməsi" mövzusuna həsr olunmuş təşkilata üzv ölkələrin iclasıdır. İkinci hissə "BRICS plus/outrıch" formatında iclasdır, mövzusu "BRICS və qlobal Cənub – daha yaxşı bir dünyanın birgə inşası" olacaq.

Mövzuya görə xəbərlər