Son dəqiqə

Türkiyə İran

Türkiyə aviaşirkətlərinin İrana uçuşların ləğvi ilə bağlı xəbər təkzib edilib

Bakı, TurkicWorld
Tehran hava limanı Türkiyə aviaşirkətlərinin İrana uçuşlarının ləğvi ilə bağlı olan xəbərləri təkzib edib.

TurkicWorld xəbər verir ki, İranın paytaxtı Tehranın İmam Xomeyni hava limanının baş direktoru Səid Çələndəri türk aviaşirkətlərinin İrana uçuşlarının ləğvi ilə bağlı çıxan xəbərləri şayiə adlandırıb.

"Türkiyədən İrana və əksinə uçuşlar normal şəkildə həyata keçirilir, şirkətin yalnız növbəti iki reysi təxirə salınıb", - deyə bildirib.

11:32

Bakı, TurkicWorld

Türkiyənin "Pegasus" və "Türk Hava Yolları" (THY) aviaşirkətləri İrana və İrandan olan bütün reysləri ləğv ediblər.

TurkicWorld xəbər verir ki, zərbə təhlükəsi ilə bağlı narahatlıqlara görə, 1 noyabra qədər İrana olan reysləri dayandırıblar.

Qeyd edək ki, iyulun 31-də İranın Prezidenti Məsud Pezeşkian andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan zaman, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülmüşdü. Bu hadisəyə cavab olaraq, uçuşların ləğvi və təxirə salınmasına İranın İsrailə zərbə endirəcəyi qorxusunun səbəb olduğu güman edilir.

Mövzuya görə xəbərlər