Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Tataristana gedib

Bakı, TurkicWorld

Rəcəb Tayyib Ərdoğan Rusiyayla bağlı Tatarıstan Respublikasının paytaxtı Kazanda keçiriləcək BRİKS Sammitində iştirak etmək üçün Tatarıstana gedib.

TurkicWorld xəbər verir ki, Ərdoğanı Kazan Beynəlxalq Hava Limanında Tatarıstan Baş nazirinin birinci müavini Rüstəm Niqmatulen, Kazan bələdiyyə başqanı İlsur Metşin, Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç, Moskva səfirliyi və Kazan baş konsulluğunun rəsmiləri qarşılayıblar.

Eyni zaman da, Əminə Ərdoğan, Xarici İşlər Naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Ticarət Naziri Ömər Polat, Prezident Administrasiyasının Kommunikasiya direktoru Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Qalın, Xarici Siyasət Baş İdarəsinin rəisi Təhlükəsizlik müşaviri Akif Çağatay Kılıç və AK Partiya Ümumi Başçı Köməkçisi və Partiya sözçüsü Ömər Çelik də Tatarıstana gedib.

Qeyd edək ki, BRICS Liderlər Zirvəsi, qlobal iqtisadi nizama alternativ yaratmaq və üzv ölkələr arasında iqtisadi həmrəyliyi gücləndirmək məqsədilə 2010-cu ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən yaradılıb.

Mövzuya görə xəbərlər