Bakı, TurkicWorld:
Ukraynanın hazırkı vəziyyəti kritikdir.
TurkicWorld xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo Şimali Avropanın hökumət başçılarının Stokholmda keçirdiyi birgə mətbuat konfransında deyib.
“Təkcə Ukraynanın təhlükəsizliyi deyil, həm də öz təhlükəsizliyimiz təhdid altındadır”, - deyə nazir bildirib.
Petteri Orpo Avropa ölkələrini Ukrayna tərəfinə yardımı artırmağa çağırıb.
Qeyd edək ki, hazırda Finlandiyanın Kiyevə göstərdiyi yardım ümumilikdə iki milyard avroya çatıb.