Son dəqiqə

Rusiya Ukrayna Sochi Qara dəniz

Rusiyanın Soçi hava limanında məhdudiyyətlər tətbiq edilib

BAKI, TurkicWorld

Rusiyanın Soçi hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

TurkicWorld xəbər verir ki, məhdudiyyətlərin təhlükəsizlik səbəbi ilə tətbiq olunduğunu qeyd edilib.

Aprelin 28-də Soçidən yola düşən sərnişin təyyarəsi dron təhlükəsi səbəbindən yenidən dayanacaq yerinə yönləndirilib. Söhbət N4-479 reysi ilə Omsk şəhərinə uçmalı olan "Nordwind Airlines" şirkətinə məxsus Boeing 737-800 təyyarəsindən gedir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, mayın 1-də Rusiya hava məkanını pozduqdan sonra 140-dan çox Ukrayna dronu məhv edilib. Bu dronlardan bəziləri Azov və Qara dəniz suları üzərində ələ keçirilib.

Mövzuya görə xəbərlər