BAKI,TurkicWorld Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son üç ay ərzində ABŞ Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün cəmi 24 ədəd raket tədarük edib. Halbuki ölkənin bu raketlərə ehtiyacı xeyli çoxdur.
Zelenski cümə günü ABC News telekanalına müsahibəsində bildirib ki, təkcə cümə axşamı axşamı Kiyevə doğru 30 ballistik raket buraxılıb.
Onun qiymətləndirməsinə görə, Ukraynanın ayda orta hesabla 350 ədəd "Patriot" raketinə ehtiyacı var.
Rusiya prezidenti Vladimir Putinin Amerikalı həmkarı Donald Trampdan ABŞ ilə Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmağı tələb etdiyini düşünüb-düşünmədiyi barədə suala Zelenski "Bilmirəm. Ümid edirəm, inanıram və Allah eləsin, belə olmasın",-deyə cavab verib.
Ukrayna Prezidenti ABŞ tərəfindən xəyanətə uğradığını hiss etmədiyini, lakin Amerikanın yardımının olmamasından təəssüfləndiyini bildirib.
"Mən nə hiss edirəmsə, onu da hiss edirəm. Bu, dəstək deyil", – deyə Zelenski qeyd edib.
Ukrayna dövlətinin başçısı hesab edir ki, Putinlə dostluq edib-etməmək Trampın şəxsi qərarıdır. Bununla belə, Zelenski onların münasibətlərinin kifayət qədər yaxşı olduğunu ehtimal edib.







