Son dəqiqə

Ukrayna

Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

BAKI,TurkicWorld

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

"Azərbaycanın Müstəqilliyin Bərpası Günü mübarək!

Ukrayna və Azərbaycanı tarixən möhkəm dostluq, strateji tərəfdaşlıq və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək birləşdirir.

Azərbaycan xalqına sülh, firavanlıq və işıqlı gələcək arzulayıram!

Dəstəyinizə görə minnətdarıq!" — deyə səfir "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

Mövzuya görə xəbərlər