"SpaceX" şirkəti "Starlink" internet peyklərinin yeni partiyasını orbitə çıxaracaq

"SpaceX" şirkəti "Starlink" internet peyklərinin yeni partiyasını orbitə çıxaracaq

Bakı. TurkicWorld:

"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal İnternet əhatə dairəsi şəbəkəsinin orbital qrupunu artırmaq üçün 51 mini-peykdən ibarət daha bir partiya ilə orbitə çıxarılacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildirilib.

Məlumata əsasən, buraxılış Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasında "SLC-4E" buraxılış meydançasından Sakit okean sahili vaxtı ilə saat 13:09-da baş tutacaq.