Son dəqiqə

ABŞ SpaceX Starşip Starbeys Luiziana Luiziana kosmodrom kosmik uçuşlar kosmik gəmi

SpaceX Luiziana ştatında yeni kosmodrom inşa edəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin kosmik texnologiyalar şirkəti SpaceX Luiziana ştatının cənubunda “Starşip” kosmik gəmilərinin buraxılması üçün yeni kosmodrom inşa etməyi planlaşdırır. Şirkət tikinti işlərinə gələn il başlamağı nəzərdə tutur.

TurkicWorld xəbər verir ki, yeni kosmodrom Luiziana ştatı rəhbərliyi ilə əldə olunan razılaşma çərçivəsində yaradılacaq və şirkətin dördüncü kosmik buraxılış məntəqəsi olacaq.

“Starbeys Luiziana” adlandırılacaq yeni kosmodrom şirkətin hazırda Texas ştatının cənubunda həyata keçirdiyi “Starşip” buraxılışlarının miqyasını genişləndirməyə imkan verəcək.

Şirkətin planına əsasən, yeni kosmodrom gələcəkdə ildə minlərlə “Starşip” uçuşunun həyata keçirilməsini təmin edə biləcək.

Yeni kosmodromun öz fəaliyyətini müstəqil şəkildə təmin edə biləcək geniş infrastruktura malik olması nəzərdə tutulur.

Burada raket yanacağının istehsalı, elektrik enerjisinin əldə edilməsi, kosmik aparatların hazırlanması və texniki xidmət üçün xüsusi qurğular yaradılacaq.

Layihə çərçivəsində, həmçinin iri gəmilərin qəbuluna imkan verən dərin su limanı və hava limanının inşası nəzərdə tutulur.

SpeysEks-in məlumatına görə, “Starşip” insanları və yükləri Yer orbitinə, Aya, Marsa və daha uzaq kosmik məkanlara daşımaq üçün hazırlanmış tam təkrar istifadə edilə bilən nəqliyyat sistemidir.

Mövzuya görə xəbərlər