Son dəqiqə

Tesla SpaceX Texas İlon Mask Süni intellekt Yarımkeçiricilər Terafab Çip istehsalı

SpaceX və Tesla Texasda 16,8 milyard dollarlıq süni intellekt çip zavodu quracaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

SpaceX və Tesla Texas ştatında Terafab adlı süni intellekt çiplərinin istehsalı kompleksinin tikintisi üçün ilkin mərhələdə 16,8 milyard dollar sərmayə yatıracaqlarını açıqlayıb.

TurkicWorld xəbər verir ki, SpaceX-in yaydığı məlumata əsasən, layihə ABŞ-ın Texas ştatının Grimes dairəsində inşa olunacaq.

Şirkətin bildirdiyinə görə, Terafab layihəsinin əsas məqsədi qlobal çip istehsalı ilə yaxın illərdə SpaceX və Tesla-nın ehtiyac duyacağı hesablama gücü arasındakı fərqi azaltmaqdır.

Proqnozlara əsasən, hər iki şirkətin birlikdə tələbatı 1 teravattdan çox hesablama gücünə çatacaq ki, bu da hazırkı qlobal istehsal imkanlarını üstələyir.

Milyarder sahibkar İlon Mask daha əvvəl bildirib ki, Terafab çiplərin hazırlanması prosesinin bütün mərhələlərini, o cümlədən dizaynını və istehsalını özündə birləşdirəcək.

Tesla bu ilin aprel ayında Giga Texas zavodunun Şimal Kampusunda Terafab layihəsi üçün ilkin tədqiqat istehsal müəssisəsinin tikintisinə başlayıb.

Şirkətlər hesab edir ki, yeni kompleks süni intellekt texnologiyalarının inkişafı və yüksək məhsuldarlıqlı hesablama sistemlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyacaq.

Mövzuya görə xəbərlər