Son dəqiqə

Raşid Qannuşi Tunis

Tunisin müxalifət lideri Qannuşi evinə basqın edildikdən sonra həbs edilib

Bakı,TurkicWorld

Tunisin müxalifətdə olan “Ennahda” hərəkatının lidri Raşid Qannuşi evinə basqın edildikdən sonra həbs edilib. TurkicWorld xəbər verir ki , bu haqda Tunisin sabiq Xarici İşlər Naziri Rafik Abdel Salam təsmi tvitter hesabında yazıb.

A. Salam bu haqda Tnis hökümətinin rəsmi olaraq açıqlama vermədiyini qeyd edib və Qannuşinin evinə basqının Tunis Milli Qvardiyası tərəfindən edildiyini bildirib.

İnsidentdən sonra “Ennahda” hərəkatından açıqlamasında, Tunis hökümətini müxalif partiyaların və siyasətçilərinin hüquqlarını, azadlıqlarına hörmət etməyə çağırıb və bütün müxalifəti hökümə qarşı birləşməyə dəvət edib.

Mövzuya görə xəbərlər