Bakı. TurkicWorld:
Yanvar-fevral aylarında Azərbaycandan Tunisə 29,5 milyon ABŞ dolları dəyərində 61,3 min ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib.
Bu barədə TurkicWorld Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Tunisə neft ixracına dair məlumatlar açıqlanmayıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatları aparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.
Ümumi xarici ticarət həcminin 3,665 milyard dolları ixracın, 2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyon dollar və ya 37,2% azalıb.
Bu, ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq 933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.







