Son dəqiqə

ABŞ Minnesota əyaləti Məscid

ABŞ-ın ən böyük şəhərində gündə beş dəfə azan oxunacaq

Bakı, TurkicWorld

ABŞ-ın Minneapolis şəhərinin Minnesota əyalətində ilk dəfə gündə beş dəfə azan oxunacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Minneapolis Bələdiyyəsi yekdilliklə qərar qəbul edib.

Məlumata əsasən, şəhərin Nur məscidinin imamı Mohammed Dukulfy bildirib ki, Minneapolis artıq bütün dinlərin birləşdiyi şəhərə çevrildi.

Bundan əlavə, Ramazan ayında keçirilən səsvermə ilə xüsusilə, səhər və gecə azanın səslənməsinə mane olan müvafiq məhdudlaşdırıcı maddələr parlament tərəfindən dəyişdirilib.

Qeyd edək ki, təxminən yarım milyon əhalisi olan Minneapolis Şəhər Bələdiyyəsinin 13 üzvündən üçü müsəlmandır.

Mövzuya görə xəbərlər