Son dəqiqə

ABŞ Avropa Marko Rubio

Rubio Avropa ölkələrinin ciddi çətinliklərlə üzləşdiyini açıqlayıb

BAKI,TurkicWorld

ABŞ Dövlət katibi Marko Rubio Avropa ölkələrinin ciddi çətinliklərlə üzləşdiyini bildirib.

Rubio bu barədə "Fox News"a müsahibəsində danışıb.

O, Avropanın təhlükəsizlik və miqrasiya məsələləri ilə bağlı problemlərlə üzləşdiyini deyib. Dövlət katibi miqrasiya siyasətinə toxunaraq, ölkələrin sərhədlərinə nəzarəti təmin etməsinin vacibliyini vurğulayıb.

Rubio, həmçinin ABŞ və Avropanın son illərdə nəzarətsiz miqrasiya axını ilə üzləşdiyini qeyd edib.

Mövzuya görə xəbərlər