Son dəqiqə

Qətər BMT Baş Assambleyası münaqişələrin qarşısının alınması sülh və təhlükəsizlik Beynəlxalq Diplomatiya Qadınların liderliyi Qadın vasitəçilər

Qətər sülh və təhlükəsizlik sahəsində qadınların liderliyinə dəstəyini bir daha təsdiqləyib

BAKI,TurkicWorld

Qətər BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən yüksək səviyyəli nazirlər toplantısında qadınların sülh və təhlükəsizliyin təmin edilməsində rolunun gücləndirilməsini dəstəklədiyini bildirib.

TurkicWorld xəbər verir ki, “Növbəti 25 ilin formalaşdırılması: sülh və təhlükəsizlikdə qadınların liderliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə Qətəri Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru şeyxə Hənuf bint Əbdürrəhman Al Tani təmsil edib.

O, çıxışında qadınların münaqişələrin qarşısının alınması, həlli və davamlı sülhün qurulmasında mühüm rol oynadığını vurğulayıb. Şeyxə Hənuf qadınların vasitəçilik və qərar qəbuletmə proseslərində səmərəli iştirakının təmin edilməsinin vacibliyini qeyd edib.

Qətərin “Qadınlar, sülh və təhlükəsizlik” gündəliyinə dəstəyini davam etdirdiyi bildirilib. Bu çərçivədə Ərəb regionunda Sülh naminə Qadın Vasitəçilər Şəbəkəsinə göstərilən dəstək də diqqətə çatdırılıb.

Qətər qadınların beynəlxalq sülh və təhlükəsizlik səylərində rolunun daha da gücləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.

Mövzuya görə xəbərlər