Son dəqiqə

Aİ Ukraynaya növbəti 3 milyard avroluq tranş ayıracaq

Bakı. TurkicWorld:

Ukrayna tezliklə "Ukraine Facility" proqramı çərçivəsində səkkizinci müntəzəm tranş olaraq təxminən 3 milyard avro vəsait əldə edəcək.

Bu barədə ödənişi təsdiqləyən Avropa İttifaqı Şurası öz saytında məlumat yayıb.

Bu məbləğin təxminən 800 milyon avrosu ilk dəfə olaraq Ukraynaya dəstək məqsədilə ayrılmış kredit hesabına təqdim ediləcək. Məlumatda vurğulanır ki, ödəniş Kiyevin müəyyən edilmiş 10 hədəf tədbirini uğurla yerinə yetirməsi nəzərə alınmaqla təsdiqlənib. Hazırda Ukrayna planda nəzərdə tutulan 95 bənddən 84-nü, yəni təxminən 88 faizini yerinə yetirib.

"Ukraine Facility" çərçivəsində maliyyələşdirmə Ukraynanın makromaliyyə sabitliyinin gücləndirilməsinə, ölkənin bərpası və modernləşdirilməsinə, dövlət aparatının fəaliyyətinin təmin edilməsinə və islahatların dəstəklənməsinə yönəldilib.

Aİ Şurası həmçinin "Ukraine Facility" planına dəyişiklik edərək Norveçin 1 milyard Norveç kronu (təxminən 92 milyon avro) məbləğində əvəzsiz maliyyə dəstəyini plana daxil edib.

Mövzuya görə xəbərlər