Son dəqiqə

Avropa İttifaqı Rusiya Ukrayna Belçika

Avropa İttifaqı ölkələri Belçikaya ultimatum verib

BAKI,TurkicWorld

Avropa İttifaqı (Aİ) ölkələri dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə edilməsinə qarşı çıxan Belçikaya faktiki olaraq ultimatum veriblər.

Bu barədə "Politico" məlumat yayıb.

"Nəticədə Belçika kimi ölkələr belə bir sualla üz-üzə qalırlar: Ukraynaya dəstəyi büdcə hesabına maliyyələşdirmək istəyirlərmi? Bu isə fermerlərə və regionlara daha az vəsait ayrılması ilə nəticələnə bilər. Yoxsa Rusiya aktivlərindən istifadə etməklə milyardlarla vəsaiti dövriyyəyə buraxmaq istəyirlər?" – deyə adı açıqlanmayan diplomat nəşrə bildirib.

Qeyd olunur ki, Aİ ölkələrinin Ukraynaya həmin vəsaitlərlə təmin edilmiş yeni kredit ayırmaq planları fonunda dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Bununla belə, Belçika hakimiyyətinin nümayəndəsi "Financial Times" qəzetinə bildirib ki, hökumətin bu məsələ ilə bağlı mövqeyi "dəyişməyib". Krallığın hakimiyyət orqanları mövqelərini gələcək məhkəmə prosesi və Rusiyaya onun vəsaitlərinin qaytarılması zərurəti ilə bağlı risklərə məruz qalmaq istəməmələri ilə izah edirlər.

Mövzuya görə xəbərlər