Son dəqiqə

ABŞ Nensi Pelosi Anna Paulina Luna ABŞKonqresi Konqres

Konrqres üzvü Pelosini qanunsuz yolla varlanmaqda ittiham edib

BAKI,TurkicWorld

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna ABŞ-nin Nümayəndələr Palatasının 52-ci spikeri olmuş, ermənipərəst mövqeyi ilə tanınan Nensi Pelosini ictimaiyyətə açıq olmayan məlumatlardan istifadəyə çıxış imkanlarından - insayder məlumatlarından sui-istifadə etməklə sərvətlərini əhəmiyyətli dərəcədə artırmaqda ittiham edib.

Luna bu barədə Respublikaçılar partiyasının Dallasda keçirilən ümumilli qurultayında çıxışı zamanı danışıb.

"Konqres üzvləri məxfi məlumatlardan şəxsi mənfəət əldə etmək üçün istifadə etməməlidirlər. Amerika xalqının dövlət vəzifələrinə seçdiyi şəxslərin həqiqətən xalqa, yoxsa öz ciblərinə xidmət etdiyini bilmək hüququ var.

Nensi Pelosi və bir çox digər şəxslər vəzifəyə gəldikdən sonra ictimaiyyətə açıq olmayan məlumatlara çıxış imkanlarından sui-istifadə edərək sərvətlərini əhəmiyyətli dərəcədə artırıblar. Dövlət vəzifəsi həmvətənlərimizə xidmət formasıdır, imtiyaz deyil və şəxsi varlanma yolu deyil",-deyə konqresvuman bildirib.

Lunanın sözlərinə görə, o məhz buna görə Konqresdəki 15 həmkarı ilə birlikdə "Restore Trust in Congress Act" ("Konqresə etimadın bərpası haqqında qanun") adlı qanun layihəsinin həmmüəllifi olub.

Bu qanun layihəsi Konqres üzvlərinə fond bazarında ticarət aparmaqla şəxsi varlanmaq məqsədilə ictimaiyyətə açıq olmayan məlumatlardan istifadə etməyi qadağan edir.

Mövzuya görə xəbərlər