BAKI,TurkicWorld
Almaniyanın Saksoniya-Anhalt bölgəsində qatı-sağçı "Almaniya naminə Alternativ" (AfD) partiyasının qələbəsindən sonra Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyanı təhlükə görməyən siyasi partiyalardan gileylənib
Bu barədə BNS məlumat yayıb.
Onun sözlərinə görə, Avropada "hibrid təhdidlərin" artması fonunda bu təhlükələri görməzdən gələn siyasi qüvvələr populyarlıq qazanır. Kallas iddia edir ki, "müəyyən mənada bu təhdidləri görməyən, heç nə etməməliyik, çünki bizə aidiyyəti yoxdur" bildirən partiyalar öz mövqelərini gücləndirirlər.
Avropa diplomatiyasının rəhbəri belə bir ssenarinin Avropanın hibrid hücumlarına hazırlıq səviyyəsinə təsir göstərə biləcəyindən narahatlığını ifadə edib.
"Buna görə də mən sadəcə qorxuram ki, bir gün ayılıb elə bir vəziyyətə düşdüyümüzü görə bilərik ki, artıq təhdidləri dəf etmək və müdafiə olunmaq üçün lazımınca addımlar atmadığımızın fərqinə varaq. Lakin, əlbəttə, demokratik ölkənin vətəndaşları kimi almanlar öz seçimlərini özləri etməlidirlər", - deyə Kallas bildirib.
Qeyd edək ki, "Almaniya naminə Alternativ" (AfD) partiyası Saksoniya-Anhalt torpağının landtaqına keçirilən seçkilərdə 43,8 faiz səs toplayaraq böyük fərqlə qalib gəlib. Torpağın hökumətinə rəhbərlik edən Xristian Demokrat İttifaqı (XDU) isə 17,2 faiz səs toplayıb ki, bu da qalibin əldə etdiyi nəticədən iki dəfədən çox azdır. Bu, AfD-nin partiyanın bütün tarixi ərzində torpaq səviyyəsində keçirilən seçkilərdə əldə etdiyi ən yüksək nəticədir.







