Son dəqiqə

İran Avropa İttifaqı ABŞ Skott Bessent iqtisadi təzyiq İrana qarşı sanksiyalar

Skott Bessentin Aİ-nin İrana qarşı iqtisadi kampaniyaya qoşulması ilə bağlı açıqlaması sual doğurub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ maliyyə naziri Skott Bessent Avropa İttifaqının İrana qarşı Vaşinqtonun rəhbərlik etdiyi iqtisadi kampaniyaya qoşulduğunu bildirib. Lakin Aİ-nin açıqlamasında bunun tam şəkildə təsdiqlənmədiyi və qurumun yalnız əlavə iqtisadi təzyiq imkanlarını dəstəklədiyi qeyd olunur.

TurkicWorld xəbər verir ki, Bessent cümə axşamı Avropa İttifaqının ABŞ-nin “İqtisadi Təcrid Əməliyyatı” adlı kampaniyasına qoşulduğunu və bunun İrana aydın mesaj göndərdiyini bildirib. Lakin Aİ-nin yaydığı bəyanatda blokun Vaşinqtonun təşəbbüsünə rəsmi şəkildə qoşulduğu barədə konkret ifadə yer almayıb.

Avropa İttifaqı açıqlamasında İranın sabitliyi pozan fəaliyyətlərini dayandırması və səmimi şəkildə danışıqlara başlaması üçün əlavə iqtisadi təzyiq vasitələrinin də daxil olduğu səyləri dəstəklədiyini bildirib.

Bununla belə, Aİ bəyanatında qurumun zərurət yaranacağı təqdirdə öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün əlavə tədbirlər görməyə hazır olduğu vurğulanıb.

Bessent isə Aİ-nin bu mövqeyini ABŞ-nin İrana qarşı iqtisadi kampaniyasına tam dəstək kimi təqdim edib. ABŞ Maliyyə Nazirliyi daha əvvəl İrana qarşı “İqtisadi Təcrid Əməliyyatı” çərçivəsində maliyyə əlaqələrinin məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər elan etmişdi.

Məsələ ilə bağlı yayılan məlumatlar Vaşinqton ilə Brüssel arasında İrana qarşı iqtisadi təzyiq siyasətində mövqe fərqlərinin olub-olmaması barədə müzakirələrə səbəb olub.

Mövzuya görə xəbərlər