Son dəqiqə

İran ABŞ Cey Di Vens Enerji təhlükəsizliyi Hörmüz boğazı kommersiya gəmiləri dəniz nəqliyyatı neft daşımaları Qaz daşımaları

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın hərbi imkanlarının gündən-günə zəiflədiyini və Tehranın Hörmüz boğazı üzərində nəzarətini faktiki olaraq itirdiyini iddia edib. Onun sözlərinə görə, boğazdan neft və qaz daşınması münaqişənin başlanmasından əvvəlki səviyyəyə yaxınlaşır.

TurkicWorld xəbər verir ki, Cey Di Vens İranın Hörmüz boğazına nəzarət imkanlarının getdikcə zəiflədiyini bildirib. O, Tehranın boğazdan beynəlxalq enerji daşımalarına təsir etmək imkanının əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azaldığını iddia edib.

Vens bildirib ki, təxminən üç ay əvvəl İranın təhdidləri fonunda Hörmüz boğazından neft və qaz daşınması demək olar ki, dayanmışdı. Hazırda isə enerji daşımalarının həcminin münaqişə başlamazdan əvvəlki göstəricilərə yaxınlaşdığını söyləyib.

ABŞ vitse-prezidentinin fikrincə, bu vəziyyət Hörmüz boğazının Tehran üçün təzyiq vasitəsi kimi əhəmiyyətinin azalmasına səbəb olur.

Vens, həmçinin İranın imkanlarını hər keçən gün itirdiyini iddia edərək Tehran rəhbərliyinə kommersiya gəmilərinə hücumları dayandırmaq çağırışı edib.

O, İran tərəfinə müraciət edərək kommersiya gəmiçiliyinə qarşı hərbi addımlardan çəkinməyi tövsiyə edib.

Vensin açıqlaması Hörmüz boğazından enerji daşımalarının tədricən bərpa olunduğuna dair ABŞ rəsmilərinin son bəyanatlarının davamı kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər