BAKI,TurkicWorld
İranda son 3 gün ərzində (30 avqust -2 sentyabr) ABŞ-nin hərbi hücmları nəticəsində 18 nəfər ölüb.
Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin direktoru Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"3 gün ərzində ABŞ-nin hərbi hava hücumları nəticəsində 142 nəfər yaralanıb, 18 nəfər isə şəhid olub", -deyə o bildirib.
Kermanpur əlavə edib ki, yaralılardan 61-i qadın, 44-ü isə yaşı 18-dən azdır. Ölənlər arasında ikisi qadın və biri uşaqdır.
Nazirlik rəsmisi hər bir rəqəmin arxasında bir insanın və bir ailənin dayandığını bildirib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.







