BAKI,TurkicWorld
Sentyabrın 2-də Almaniyanın Augsburq şəhərinin əsas dəmir yolu vağzalında naməlum obyekt partlayıb, nəticədə bir neçə nəfər yüngül akustik travma alıb.
Bu barədə Almaniyanın "Augsburger Allgemeine" qəzeti məlumat yayıb.
Şimali Şvabiyanın polis idarəsinin mətbuat xidmətinin məlumatına görə, Auqsburqun əsas dəmir yolu vağzalının ətrafında genişmiqyaslı polis əməliyyatı keçirilir. Məlumata görə, binanın dəhlizində naməlum obyekt partlayıb.
Partlayış dalğası isə yaxınlıqdakı binaların pəncərə şüşələrini sındırıb.
Daha sonra Auqsburqun əsas vağzalının ərazisində daha bir şübhəli əşya aşkarlanıb. Bununla əlaqədar səhər saat 8 radələrində vağzal binasına giriş-çıxış tamamilə bağlanıb, qatarların hərəkəti isə dayandırılıb. Polis hələlik aşkarlanan əşyanın məhz nə olduğunu və onun daha əvvəl baş vermiş partlayışla əlaqəsinin olub-olmadığını açıqlamayıb.






